39 yaşında milliyə çağırıldı
14.01.2022 - 12:53
39 yaşında milliyə çağırıldı

“Barselona”nın futbolçusu Dani Alves yenidən Braziliya yığmasına çağırılıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Tite təcrübəli futbolçunu qarşıdakı görüşlər üçün heyətə daxil edib.

Daninin yer aldığı yığma yanvarın 28-də Ekvador, fevralın 1-də Paraqvayla üz-üzə gələcək. Zədəli Neymar və ötən ilin sentyabrında millinin düşərgəsini qalmaqalla tərk edən Klaudinyo isə kənarda qalıb.

Qeyd edək ki, milli karyerasını 2019-cu ildə başa vuran Dani ötən ilin sentyabrında yığmaya qayıdaraq Peru ilə görüşdə (2:0) iştirak edib.