İngiltərə Premyer Liqasının son turunda “Vulverhempton” üzərində səfər qələbəsi qazanan “Mançester Yunayted” (2:1) mövsümü 74 xalla ikinci pillədə başa vurub.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” geridə qalan mövsüm ölkə çempionatında qonaq olduğu matçların heç birində uduzmayıb.
Ole Qunnar Sulşerin yetirmələri 19 səfər görüşünün 12-də qələbə qazanıb, 7 dəfə evinə bərabərliklə dönüb. Bu da İngiltərə yüksək liqası tarixində 4-cü unikal göstəricidir. “Mançester Yunayted”ə qədər yalnız 1888/89 mövsümündə “Preston”, 2001/02 və 2003/04 mövsümlərində isə “Arsenal” səfər oyunlarında uduzmayıb.
Qeyd edək ki, “Mançester Yunayted” bu mövsüm Premyer Liqada öz meydanında 6 matçda məğlub olub.
4-cü unikal göstərici – çempionat tarixində
24.05.2021 - 01:01
0
0