4 illik müqavilə - “Liverpul”da
13.08.2021 - 13:29
“Liverpul”un müdafiəçisi Vircil van Deyk klubla müqavilə müddətini yeniləyib.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü Premyer Liqa klubu ilə 4 illik sazişə qol çəkib.
Anlaşmaya əsasən, 30 yaşlı mərkəz müdafiəçisi 2025-ci ilin yayına qədər “qırmızılar”a məxsus olacaq.
Qeyd edək ki, Vircil van Deyk “Liverpul”a 2018-ci ildə 85 milyon avro qarşılığında “Sauthempton”dan keçib.
0
0