4 klub fevralın maaşını vermədi - A seriyasında
30.03.2020 - 00:15
4 klub fevralın maaşını vermədi - A seriyasında

İtaliya A seriyasının 4 təmsilçisi fevral ayının maaşını kəsib.

Apasport.az saytının məlumatına görə, "Napoli", "Cenoa", "Sampdoriya" və "Torino" futbolçuların məvacibini ödəməyib.

Vəziyyətlə əlaqədar olaraq klublar və futbolçular İtaliya Futbol Federasiyasına müraciət ediblər. Oyunçuların bir aylıq maaşlarından imtina etdikləri bildirilir.

Qeyd edək ki, A seriyasının digər klubu "Yuventus" oyunçuların maaşlarının 30 faizini kəsəcək.