4 oyunluq cəza – baş məşqçiyə
19.11.2020 - 00:35
4 oyunluq cəza – baş məşqçiyə

İspaniyanın “Kadis” klubunun baş məşqçisi Alvaro Çervera diskvalifikasiya olunub.

Apasport.az saytının məlumatına görə, buna səbəb 55 yaşlı mütəxəssisin hakimlərin ünvanına xoşagəlməz ifadələr işlətməsi olub.

La Liqanın V turunda “Qranada” ilə qarşılaşmadan sonra Xavyer Alberolanın başçılıq etdiyi hakimlər briqadasını sərt şəkildə tənqid edən Çerveraya yarışın Nizam-İntizam Komitəsi 4 oyunluq cəza kəsib. O, “Real Sosyedad”, “Elçe”, “Barselona” və “Selta” ilə görüşlərdə texniki zonadakı yerini ala bilməyəcək.

Qeyd edək ki, “Kadis” – “Qranada” oyunu 1:1 hesabı ilə başa çatıb.
 

0