40 ayın antirekordu – millimizdən
16.09.2021 - 14:44
Azərbaycan millisi son 40 ayın antirekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, Canni de Byazinin baş məşqçisi olduğu yığma FİFA reytinqində 117-ci sıraya yuvarlanıb.
Komandamız 2018-ci ilin mayından sonrakı müddətdə belə aşağı pillədə yer almayıb. 3 il 4 ay, yəni 40 ay öncə millimiz daha ağır durumda – 126-cı olub. Həmin vaxtdan sonra isə heç vaxt belə aşağıya yuvarlanmayıb.
Millimiz ötən ayla müqayisədə 5 pillə geriləyib. Sonuncu belə eniş daha əvvəl – 2018-ci ilin martında yaşayıb. 3 il 6 ay əvvəl komandamız 8 pillə geriləyib. 42 ay öncə milli 127-ci yerə düşüb.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0