40 yaşlı İbrahimoviçin arzusu
02.11.2021 - 22:14
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç yaxın müddətdə karyerasını bitirmək fikrində deyil.
Apasport.az saytının məlumatına görə, 40 yaşlı forvard ən azı 2023-cü ilin yayına qədər oynamaq istəyir.
İsveç millisinin üzvü “rossonyerlər”lə A seriyasını qazanmaq və daha sonra yeni 1 illik sazişə qol çəkmək niyyətindədir. Zlatan gələn ilin sonlarında Qətərdə keçiriləcək dünya çempionatında da oynamağı planlaşdırır.
Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm “Milan”ın heyətində 6 oyun keçirib, 3 qol, 2 assistlə yadda qalıb.
0
0