400-ə çatan ilk komanda – “Neftçi”
25.12.2020 - 11:19
“Neftçi” Azərbaycan çempionatlarında 400-cü ev oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yubiley matçı Premyer Liqanın XIII turuna təsadüf edib.
“Keşlə”ni qəbul edən “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.
Bu, “Neftçi”nin öz meydanında 252-ci qələbəsi olub. Aktivində 91 heç-heçə də olan paytaxt təmsilçisi doğma divarlar arasında 57 məğlubiyyət alıb. “Ağ-qaralar” evdə 400 oyun keçirən ilk komanda olub.
Qeyd edək ki, “Neftçi” ölkə çempionatlarında ilk ev oyununu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”inə qarşı keçirib. Həmin oyunda bakılılar 1:0 hesablı qələbə qazanıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0