42 oyunluq seriyası qırıldı - “Liverpul”un
12.03.2020 - 10:24
42 oyunluq seriyası qırıldı - “Liverpul”un

İngiltərənin “Liverpul” klubunun evdəki məğlubiyyətsizlik seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniya “Atletiko”suna 2:3 hesabı məğlub olan Yurgen Kloppun yetirmələrinin 42 matçlıq seriyası dayanıb.

Mersisaydlılar bütün turnirlər nəzərə alınmaqla son 42 qarşılaşmada 37 qələbə qazanıb və yalnız 5 dəfə heç-heçə edib.

“Liverpul”un avrokuboklardakı son ev məğlubiyyəti isə 6 il əvvəl gerçəkləşib.  2014-cü il oktyabrın 22-də İngiltərə klubunu digər İspaniya təmsilçisi “Real” Çempionlar Liqasının qrupunda darmadağın edib.