5 illik müqavilə imzaladığı müdafiəçini göndərdi – “Çelsi”
07.10.2020 - 00:17
5 illik müqavilə imzaladığı müdafiəçini göndərdi – “Çelsi”

İngiltərənin “Çelsi” klubunun futbolçusu Malanq Sarrın yeni komandası bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, fransalı müdafiəçi karyerasına Portuqaliyada davam edəcək.
 
O, “Porto”ya icarəyə verilib. İcarə müqaviləsi növbəti mövsümü əhatə edir.
 
Qeyd edək ki, bu yay London təmsilçisinə qoşulan Sarr 5 illik müqavilə imzalayıb. Bunadək “Nitsa”da çıxış edən futbolçu ötən mövsümün 19 oyununda 1 qol vurub.

0