50 faiz tamaşaçı buraxılacaq – millimizin oyununa
26.07.2021 - 11:18
50 faiz tamaşaçı buraxılacaq – millimizin oyununa

DÇ-2022-nin seçmə mərhələsində sentyabrda iki ev oyunu keçirəcək İrlandiya millisinin matçlarına tamaşaçı buraxılacaq.

Apasport.az saytının məlumatına görə, yerli hökumət koronavirus pandemiyası ilə əlaqədar tribunalara məhdud sayda azarkeş buraxılmasına icazə verib.

A qrupunda sentyabrın 4-də Azərbaycan, 7-də isə Serbiyanı qəbul edəcək Stefen Kenninin komandasını dəstəkləmək üçün Dublindəki “Aviva” stadionuna 50 faiz tamaşaçı buraxılacaq. Komandanın ev oyunlarını keçirdiyi adıçəkilən arena 51 min 700 tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, İrlandiya yığması ev görüşlərindən əvvəl sentyabrin 1-də Portuqaliyanın qonağı olacaq.
 

0