Hakim Ziyeş və Kristian Pulişiç Çempionlar Liqasının tarixinə düşə bilər.
Apasport.az saytının məlumatına görə, bunun üçün “Çelsi” finalda “Mançester Siti”yə qalib gəlməlidir.
Bu baş versə, Hakim turnirin qalibi olan ilk Mərakeş təmsilçisi olacaq. Kristian isə buna nail olan ABŞ-ın ilk nümayəndəsi olacaq.
1955/56 mövsümündən keçirilən, əvvəl Çempionlar kuboku adlanan turnirin finalında indiyədək 580 futbolçu qalib olub. Həlledici görüşdə kubok qazananlar 51 ölkəni təmsil edir.
74 - İspaniya
71 - İtaliya
62 - İngiltərə
60 - Almaniya
51 - Niderland
40 - Portuqaliya
37 - Braziliya
30 - Fransa
26 - Şotlandiya
12 - Argentina, Rumıniya
9 - Serbiya
8 - Xorvatiya, İrlandiya
7 - Danimarka, İsveç
4 - Çexiya, Polşa, Uels
3 – Qana, Fil Dişi Sahili, Şimali Makedoniya, Nigeriya, Norveç
2 - Avstraliya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Kamerun, Finlandiya, Mali, Monteneqro, Şimali İrlandiya, Uruqvay
1 – Əlcəzair, Bolqarıstan, Kanada, Kosta-Rika, Misir, Gürcüstan, Macarıstan, Meksika, Peru, CAR, Rusiya, San-Marino, Seneqal, İsveçrə, Trinidad və Tobaqo, Ukrayna, Zimbabve
Bu siyahıda ən aşağı reytinqli ölkə San-Marinodur. Avropanın 55-cisinin nümayəndəsi Massimo Borini 1985-ci ildə “Yuventus”la bu uğura imza atıb.
Futbolçusu heç vaxt Çempionlar Liqasını qazanmayan ən reytinqli ölkə Türkiyədir. Avropanın 11-cisinin heç bir oyunçusu bu turnirin qalibi olmayıb.
Finalda ən çox nümayəndəsi olmasına baxmayaraq, qalib olmayan ölkə isə Yunanıstandır. 12 futbolçusu final həyəcanı yaşayan Ellada təmsilçisi də 51 ölkəlik siyahıya düşə bilməyib.