Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu İngiltərənin “Mançester Yunayted” klubu üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi avrokubokların pley-offunda 55 ildən sonra 5 top fərqli səfər qələbəsi qazanıb.
Avstriyada LASK-ın qapısından bu qədər cavabsız top keçirən “Mançester Yunayted”in son belə qələbəsi 1965-ci ilə təsadüf edib. Həmin il mayın 12-də Yarmarkalar kubokunun 1/4 finalında “Strasburq”un qonağı olan ingiltərəlilər Fransada 5 cavabsız qola sevinib.
Bu dəfə qazanılan qələbə ilə mançesterlilərin məğlubiyyətsiz seriyası 11 oyuna çatıb. Həmin görüşlərdəki top fərqi 29:2-dir.