“Real”ın hücumçusu Luka Yoviç həbsə düşməkdən xilas olub.
Apasport.az saytının məlumatına görə, serbiyalı forvard təzminat ödəməklə bunu bacarıb.
Yoviç martda karantin qaydalarını pozaraq Madriddən Belqrada yollanmış və dostları ilə səhərə qədər əylənmişdi. Bu səbəbdən haqqında cinayət işi açılan milli üzvü Serbiya prokurorluğunun ittihamlarını qəbul edib. 23 yaşlı oyunçu 6 aylıq həbs cəzasından qurtulmaq üçün 30 min avroluq cərimə ödəməyə razılaşıb.
Qeyd edək ki, “Real”a ötən ilin yayında keçən Luka Yoviç “kral klubu”nun heyətində ümumilikdə 32 oyun keçirib, 2 qol, 2 məhsuldar ötürmə ilə kifayətlənib.
6 aylıq həbsdən qurtuldu – “Real”ın hücumçusu
10.11.2020 - 22:42
0
0