“Arsenal” mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.
Apasport.az saytının məlumatına görə, London klubu 6 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
“Topçular”la vidalaşacaq oyunçuların adları açıqlanmasa da, onların bəzilərinin kimliyi təxmin edilib. Müdafiəçi Sokratis Papastatopulos, Şkodran Mustafi, yarımmüdafiəçi Henrik Mxitaryan və hücumçu Pyer-Emerik Obameyanqın komandadan gedişi gözlənilir. Onların satışından əldə ediləcək gəlir isə yeni transferlərə xərclənəcək.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqqada “Arsenal” hazırda 40 xalla 9-cu pillədə qərarlaşır.