6-sı dəqiq, 2-si sual altında - Avropa Liqasında
11.03.2020 - 17:19
6-sı dəqiq, 2-si sual altında - Avropa Liqasında

Sabah Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 8 matç keçirilməlidir.

Mübarizəni davam etdirən yeganə Türkiyə klubu “Başakşəhər” “Kopenhagen”lə qarşılaşacaq. İstanbul təmsilçisi danimarkalılarla ilk matçına evdə çıxacaq.

İngiltərə 1/8 finalda 2 komanda ilə təmsil olunub. “Mançester Yunayted” Avstriyada LASK-la görüşəcək. “Olimpiakos”un qonağı olacaq “Vulverhempton” Yunanıstan təmsilçisindən “Arsenal”ın da qisasını almağa çalışacaq.

Bu mərhələdə ən çox təmsilçisi olan Almaniyanın üç klubu ilk oyununa çıxacaq. Onlardan ikisi ilk matçını evdə keçirəcək. “Ayntraxt” “Bazel”i, “Volfsburq” “Şaxtyor”u qonaq edəcək. “Bayer” isə Qlazqoda “Reyncers”lə üz-üzə gələcək.

Bu mərhələnin iki cütündə İspaniya və İtaliya klublarının qarşıdurması olmalıdır. Lakin bu görüşlər böyük ehtimalla baş tutmayacaq. “Sevilya” öz meydanında “Roma”nı, “İnter” “Xetafe”ni qəbul etməlidir. Amma koronavirusdan ehtiyatlanan ispaniyalılar oyunların keçirilməsinə problem yaradıb. “Xetafe” İtaliyaya getməkdən boyun qaçırırsa, “Roma” İspaniyaya buraxılmır.

Qeyd edək ki, cavab oyunları martın 19-da keçiriləcək.

Avropa Liqası
1/8 final, ilk oyunlar
12 mart

21:55. “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə)
Baş hakim:
Andreas Ekberq (İsveç)
Frankfurt stadium

21:55. “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka)
Baş hakim:
Uilyam Kollum (Şotlandiya)
İstanbul. Başakşəhər Fatih Terim stadionu

21:55. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim:
Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Ştadt Lints stadium

21:55. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)
Baş hakim:
Feliks Zvayer (Almaniya)
Sevilya. Ramon Sançes Pisxuan stadionu

00:00. “İnter” (İtaliya) – “Xetafe” (İspaniya)
Baş hakim:
Slavko Vinçiç (Sloveniya)
Milan. “San-Siro” stadionu

00:00. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə)
Baş hakim:
Klemen Turpin (Fransa)
Pirey. Georgios Karaiskakis stadionu

00:00. “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya)
Baş hakim:
Şimon Marçinyak (Polşa)
Qlasqo. “Aybroks” stadionu

00:00. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna)
Baş hakim:
Damir Skomina (Sloveniya)
“Volfsburq Arena”