60 ildən sonra
09.02.2020 - 12:32
60 ildən sonra

İtaliyanın “Atalanta” klubu A seriyasındakı məhsuldarlığını davam etdirir.

Apasport.az saytının məlumatına görə, XXIII turda “Fiorentina”ya qalib gələn Berqamo təmsilçisi qol sayını 61-ə çatdırıb.

23 oyundan sonra komandanın orta məhsuldarlığı 2,65-ə bərabərdir. A seriyasında bu qədər görüşdə 61 qolun vurulmasına sonuncu dəfə 60 il əvvəl təsadüf olunub. 1959/60 mövsümünün ilk 23 oyununda “Yuventus” rəqib qapılarından 61 top keçirib.

Qeyd edək ki, hazırda “Atalanta” A seriyasının turnir cədvəlində 4-cü pillədədir.