66 ayın antirekordu – Azərbaycan millisindən
01.04.2022 - 09:47
Azərbaycan millisi son 66 ayın antirekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, yığmamız son 5 il 6 ayda FİFA reytinqindəki ən aşağı mövqeyinə yuvarlanıb.
Canni de Byazinin yetirmələri planetin 129-cu komandasıdır. Komandamız belə aşağı mövqeyə sonuncu dəfə 2016-cı ildə düşüb.
Həmin ilin martında milli 133-cü olub. Ümumiyyətlə 2016-cı ilin yarısını – aprel-sentyabr aylarını 14-cü onluqda keçirən komanda sonradan bir daha belə aşağılara qayıtmamışdı.
Qeyd edək ki, millimiz ötən ayla müqayisədə 8 pillə geriləyib.
0
0