7 il sonra "Borussiya"nı tərk etdi
17.07.2025 - 18:25
7 il sonra "Borussiya"nı tərk etdi

Mərkəz hücumçusu Alassan Plea "Borussiya Münhenqladbax"ı tərk edib.

Aapasport.az xəbər verir ki, bundan sonra fransız Niderlandın PSV klubunda çıxış edəcək.

Müqavilə üç il müddətinə imzalanıb və Eyndhoven klubu artıq oyunçu üçün "Borussiya"ya 3 milyon avro məbləğində təzminat ödəyib.

Plea 7 il əvvəl "Nitsa"dan "Borussiya"ya keçib.

Transfermarkt PSV-nin yeni oyunçusunu 5 milyon avro olaraq qiymətləndirir.