70-ci məğlubiyyət – avrokuboklarda məğlubiyyətlərimiz
25.02.2022 - 22:14
70-ci məğlubiyyət – avrokuboklarda məğlubiyyətlərimiz

Azərbaycan klubları avrokuboklarda 70-ci ev məğlubiyyətini alıb.

Apasport.az saytının məlumatına görə, bu, “Qarabağ”ın “Marsel”lə görüşünə təsadüf edib.

Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasına çıxan Ağdam klubu öz meydanında Fransa təmsilçisinə 0:3 hesabı ilə uduzub. Bu görüşədək Azərbaycan komandaları avrokuboklarda 69 dəfə məğlubiyyət acısını öz meydanında yaşamışdı.

Qeyd edək ki, 1994-cü ildə avrokuboklarda debüt edən komandalarımızın ilk ev məğlubiyyətini “Turan” alıb. Artıq tarixin yaddaşına köçən klub “Fənərbaxça”ya 0:2 hesabı ilə yenilib.