“Mançester Yunayted” heyətini “Leypsiq”in yarımmüdafiəçisi Kristofer Nkunku ilə gücləndirmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 24 yaşlı oyunçunu mövsümün sonunda transfer etməyi planlaşdırır.
“Qırmızı şeytanlar” vaxt itirmədən qarşı tərəflə danışıqlara başlayıb. Ancaq rəhbərliyin və məşqçilər korpusunun bəyəndiyi Nkunkunun transferi üçün ingilislər 75 milyon avroluq xərc çəkməli olacaq. Çünki Bundesliqa klubu onu yalnız bu qiymətə sata biləcəyini bəyan edib.
Qeyd edək ki, “Leypsiq”lə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Kristofer Nkunku cari mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 22 qol, 13 assistlə yadda qalıb.