77 oyunda 78 qol
15.01.2022 - 10:04
Dortmund “Borussiya”sı Almaniya Bundesliqasında növbəti qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, “Frayburq”la görüşən dortmundlular 5:1 hesablı darmadağına seviniblər.
Bu görüşdə Erlinq Haland növbəti dubluna imza atıb. Norveçli hücumçu bununla da “Borussiya”dakı orta məhsuldarlığında 1-i arxada qoyub.
O, klubdakı 77-ci oyununda 77-ci və 78-ci qollarına imza atıb. Bu qollardan 15-ci cari mövsümün 12 Bundesliqa matçına təsadüf edib.
Qeyd edək ki, Haland çempionatın bombardirləri yarışında Robert Levandovski (20) və Patrik Şikdən (17) sonra üçüncüdür.
0
0