8 futbolçu çağırıldı – Azərbaycanla oyuna
09.11.2020 - 13:43
8 futbolçu çağırıldı – Azərbaycanla oyuna

Azərbaycan millisinin rəqibi olan Monteneqro yığmasının heyətində dəyişiklik olub.
 
Apasport.az saytının məlumatına görə, baş məşqçi Faruk Hadzibeqiç noyabr oyunları üçün açıqladığı siyahıya daha 8 futbolçu əlavə edib.
 
Bu oyunçular Qazaxıstanla yoxlama matçı, ardınca Millətlər Liqasının Azərbaycan və Kiprlə görüşlərində mütəxəssisin sərəncamında olacaq. Onlardan altısı əvvəllər də milli forma geyinib. Bunlar “Sutyeska”nın müdafiəçiləri Aleksandar Şofranaç və Darko Bulatoviç, “Podroritsa”nın arxa xətt oyunçusu Marko Vukçeviç, “Buduçnost”un yarımmüdafiəçiləri Lika Mirkoviç, Miloş Rayçkoviç və hücumçusu İqor İvanoviçdir.
 
İki oyunçu isə debütantdır. “Podqoritsa”nın yarımmüdafiəçisi Anjelko Yovanoviç və “Sutyeska”nın hücumçusu Milutin Osmaiç indiyədək millidə meydana çıxmayıb. Bir futbolçu - Nikola Vukçeviç isə zədə səbəbindən qarşıdakı görüşlərdə şans qazanmayacaq.
 
Qeyd edək ki, Azərbaycan – Monteneqro oyunu noyabrın 14-də keçiriləcək.

0