[b]9 gün işlədi, 10 milyon avro qazandı[/b]
29.06.2018 - 15:44
[b]9 gün işlədi, 10 milyon avro qazandı[/b]

“Sportinq”də cəmi 9 gün baş məşqçilik edən Sinişa Mixayloviç bunun qarşılığında hər günü üçün 1 milyon avrodan çox pul qazanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, serbiyalı mütəxəssisi qovmaq Portuqaliya klubuna 10 milyon avroya başa gəlib.

 

Mixayloviç “Sportinq”lə anlaşanda müqaviləyə belə bir bənd əlavə edilmişdi ki, 15 gün ərzində qovulacağı təqdirdə, təzminat alacaq. Nəticədə lissabonlular 10 milyon ödəyərək, onu qovmağa müvəffəq olublar.

 

Qeyd edək ki, Sinişa Mixayloviç iyunun 18-də “Sportinq”lə 3 illik müqavilə imzalasa da, sonradan klub prezidenti onun planlarına daxil olmadığını açıqlamışdı.