9 nəfərlə bacarmadı – İsrafilovun komandası
03.10.2020 - 22:16
9 nəfərlə bacarmadı – İsrafilovun komandası

İspaniya La Liqa2-də IV tura start verilib.
 
Apasport.az saytının məlumatına görə, ilk gündə meydana çıxan komandalardan biri Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Albasete” olub.
 
Adıçəkilən klub öz meydanında “Ovyedo”nu qəbul edib. İlk 3 turda xal üzünə həsrət qalan “Albasete” buna qədər aktivində 2 xal olan rəqibinin müqavimətini qıra bilməyib. Qonaqlar 70 dəqiqədən çox azlıqda çıxış etməsinə və təxminən yarım saat 9 nəfərlə oynamasına baxmayaraq, qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
 
“Albasete” futbolçuları 66-cı dəqiqədə penaltidən önə keçmək şansını əldən veriblər. Matça ehtiyatdan başlayan İsrafilova baş məşqçi ehtiyac duymayıb. Bununla da “Albasete” cari mövsüm ilk xalını qazanıb.

0