90 dəqiqə oynadı, 1 xal qazandı - Eddi İsrafilov
07.03.2020 - 21:45
90 dəqiqə oynadı, 1 xal qazandı - Eddi İsrafilov

İspaniya La Liqa2-də XXXI tura start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun komandası "Albasete" ilk oyun günündə səfər matçına çıxıb.

Təhlükəli zonaya yaxın olan Kastilya bölgəsinin komandası yuxarı pillələrdə qərarlaşan "Jirona"nın qonağı olub. İsrafilovun 90 dəqiqə meydanda olduğu görüşdə komandalar hərəyə 1 qolla aktivlərinə 1 xal yazdırıblar - 1:1. 24-cü dəqiqədə "Jirona" hesabı açıbsa, 50-ci dəqiqədə "Albasete" status-kvonu bərpa edib.

Bu nəticədən sonra xal sayını 35-ə yüksəldən "Albasete" 22 komanda arasında 18-ci pillədə qərarlaşıb.