A seriyası klubları “Lill”in futbolçusunu istəyir
01.04.2022 - 17:39
A seriyası klubları “Lill”in futbolçusunu istəyir

“Lill”in yarımmüdafiəçisi Renato Sançeş İtaliyaya köçməyə yaxındır.

Apasport.az saytının “sportbox.ru”ya istinadən məlumatına görə, 24 yaşlı orta sahə oyunçusu A seriyasının iki klubunun gündəmindədir.

“Yuventus” və “Milan” Portuqaliya millisinin üzvü uğrunda mübarizəyə qoşulub. Fransa klubu da onu 30 milyon avroya satmağa hazırdır. “Milan” hətta “Lill” rəhbərliyi ilə danışıqların inkişaf mərhələsindədir. Lakin “rossonyerlər” oyunçunun meneceri Xorxe Mendeşlə hələ əlaqə saxlamayıb.

Qeyd edək ki, Renato Sançesin “Lill” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. O, “böyük beşlik” ölkələrindən Fransa, Almaniya və İngiltərədə çıxış edib.