İtaliya A seriyasında çıxış edən “Kalyari”nin yeni baş məşqçisi Valter Matsarrinin köməkçisi müəyyənləşib.
Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, ona Azərbaycan millisinin sabiq məşqçisi Klaudio Belluççi kömək edəcək.
Xəbərdə bildirilib ki, Belluççini 1998-ci ildən tanıyan Matsarri onunla çalışmaq istəyini dilə gətirib və 46 yaşlı mütəxəssis köməkçi-məşqçi təyin olunub. Matsarri 1998-ci ildə “Napoli”də qapıçı məşqçisi vəzifəsini icra etdiyi zaman Belluççi komandanın futbolçusu olub.
Qeyd edək ki, yığmamızda Canni de Byazinin köməkçilərindən biri olan Klaudio Belluççi üç ay əvvəl şəxsi məsələləri ilə əlaqədar AFFA-ya müraciət edib və müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi