A seriyasında baş məşqçi istefası
04.02.2020 - 17:26
"Torino" baş məşqçisi Valter Matsarri ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, Turin klubu mütəxəssisi istefaya göndərdiyini rəsmən bəyan edib.
Məsələni baş məşqçi ilə müzakirə edən rəhbərlik ikitərəfli razılıqla müqaviləyə xitam verib. "Torino"nun yeni çalışdırıcısı da artıq məlumdur. Komandaya mövsümün sonuna qədər Moreno Lonqo rəhbərlik edəcək. 43 yaşlı məşqçi buna qədər "Torino"nun gənclər komandasını çalışdırıb.
Matsarrinin istefasına səbəb isə komandanın ardıcıl son 4 oyunda məğlubiyyəti olub. Turinlilər hazırda A seriyasında 12-ci pillədə qərarlaşırlar.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0