A seriyasında 5 yoluxma
12.01.2022 - 17:44
İtaliya A seriyasında daha 5 futbolçu koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, yoluxmalar “Roma” və “Fiorentina”da qeydə alınıb.
Bunu hər iki klubun mətbuat xidməti açıqlayıb. Paytaxtın eyniadlı klubunda iki, Florensiya təmsilçisində üç oyunçunun testi müsbət nəticə verib.
Qeyd edək ki, klublar bu futbolçuların adlarını açıqlamayıb.
0
0