A seriyasında növbəti istefa
17.01.2022 - 14:11
A seriyasında növbəti istefa

İtaliya A seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Sampdoriya”nın mətbuat xidməti Roberto Daversanın istefasını açıqlayıb.

2021-ci ilin yayından Genuya təmsilçisinə rəhbərlik edən 46 yaşlı mütəxəssis mövsümü başa çatdıra bilməyib. Buna komandanın uğursuz nəticələri səbəb olub.

“Sampdoriya” A seriyasının turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Genuyalılar son üç matçda uduzublar.

Qeyd edək ki, klubun yeni baş məşqçisi hələ müəyyənləşməyib.