AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.
AFFA rəsmiləri müzakirələrdən sonra müvafiq qərarlar verib. “Sumqayıt”la görüşdə 4 futbolçusu cəzalanan “Qəbələ” cərimələnib. “Qırmızı-qaralar” 800 manat ödəməli olacaq.
“Sabah” – “Neftçi” oyununda birincilərin 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə edilib. Həmçinin hər iki klubun azarkeşlərin tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədilib. Bu, həm “Sabah”, həm də “Neftçi”nin 4000 manatlıq cərimələnməsinə səbəb olub. Bundan başqa, “Neftçi” azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün “ağ-qaralar” daha 1600 manat ziyana düşüb.
Bu qarşılaşma ümumilikdə AFFA-nı 10 min 400 manat məbləğində irəli salıb.