AFFA Ağabala Ramazanovun cəzasını açıqladı
11.02.2020 - 13:01
AFFA Ağabala Ramazanovun cəzasını açıqladı

AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. 

Apasport.az saytının məlumatına görə, komitə Premyer Liqanın XVI turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

“Zirə” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 800 manat cərimələnib. “Zirə”nin isə 6 futbolçusu sarı vərəqə aldığı üçün eyni məbləğdə cəzalanıb. Qarşılaşmada ikinci sarı vərəqə alaraq meydançadan qovulan “Zirə”nin futbolçusu İlkin Muradov 1 oyunluq diskvalifikasiya edilib, klub 200 manat cərimə olunub. 

Bakılıların hücumçusu Ağabala Ramazanov isə birbaşa qırmızı vərəqə aldığı üçün 2 matçlıq cəzalandırılıb, klub daha 1600 manat cərimələnib.