Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, komitə Premyer Liqanın VII turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verib.
“Qəbələ” - “Zirə” oyununda birincilərin azarkeşləri matçın rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimələnib. Matç bitdikdən sonra rəqibin futbolçusuna başla vurduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılan “Qəbələ”nin yarımmüdafiəçisi Ehtiram Şahverdiyev 4 oyunluq diskvalifikasiyaya məruz qalıb, klubunu 3200 manat xərcə salıb.
“Qarabağ” qarşılaşmada aqressiv hərəkətə görə meydançadan qovulan “Sabah”ın hücumçusu Xulio Sezar Rodriges isə 2 oyun şərti olmaqla 4 matçlıq cəzaya məruz qalıb, klubu 3200 manat ziyana düşüb. Forvardın sınaq müddəti 3 ay təyin edilib. Matçda 4 futbolçusu sarı vərəqə alan “Qarabağ” isə 800 manat cərimə olunub.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir