AFFA-dan növbəti CƏZALAR
18.03.2022 - 14:31
AFFA-dan növbəti CƏZALAR

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XIX turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Qəbələ” – “Zirə” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub. “Səbail” – “Keşlə” matçında 4 oyunçusu xəbərdarlıq alan meydan sahiblərinin də cəzası eyni olub.
 

0