AFFA-nın “qaraladığı” futbolçu qəzaya uğradı
25.02.2022 - 11:12
AFFA-nın “qaraladığı” futbolçu qəzaya uğradı

AFFA-nın milliləşdirmək istədiyi “Giresunspor”un futbolçusu Məhəmməd-Şəfi Süleymanov avtomobil qəzası törədib.

Apasport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi məlumat yayıb.

Bildirilib ki, 22 yaşlı hücumçu məşqdən sonra avtomobillə evə qayıdarkən qəzaya düşüb. Xoşbəxtlikdən gənc futbolçu xəsarət almayıb.

Qeyd edək ki, AFFA-nın “qaraladığı” Məhəmməd-Şəfi Süleymanov müqavilə ilə “Krasnodar”a məxsusdur və “Giresunspor”da icarə əsasında çıxış edir.