AFFA-nın siyahısını daha ikisi TƏRK EDİR
05.02.2020 - 11:34
AFFA-nın siyahısını daha ikisi TƏRK EDİR

Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən daha ikisi siyahıdan çıxarıla bilər.

Apasport.az saytının məlumatına görə, söhbət italiyalı məşqçilər Canni De Byazi və Çezare Prandellidən gedir.

Çünki hər iki mütəxəssis A seriyası klublarının diqqət mərkəzindədir. Dünən Valter Matsarrini istefaya göndərən və Moreno Lonqonu bu vəzifəyə mövsümün sonuna qədər müvəqqəti təyin edən "Torino" gələn mövsümə Canni De Byazi ilə başlaya bilər.

Həmçinin "Breşiya"da da həm o, həm də Çezare Prandelli baş məşqçi postuna namizəddir. Fabio Qrossonun istefasından sonra ötən ilin dekabrında "Breşiya"ya gətirilən Eucenio Korini də komandanı çətin durumdan çıxara bilməyib. O, ilk iki matçında qələbə sevinci yaşasa da, komandası ondan sonrakı 7 oyunun 2-də heç-heçə edib, 5-də məğlub olub. Korininin "Udineze" ilə növbəti oyunda sonra istefası gündəmdədir. "Breşiya"nin prezidenti Massimo Kellino namizədlərlə danışıqlara artıq start verib. Autsayderin digər iki namizədi isə Dieqo Lopeslə Luici Di Byacodur.

Qeyd edək ki, AFFA-nın siyahısındakı 32 namizəddən biri Oleq Kononov dünən Latviyanın "Riqa" klubu ilə anlaşıb.