AFFA-nın ayrı seçkiliyi
09.03.2022 - 14:20
AFFA-nın ayrı seçkiliyi

AFFA Region Liqasında çıxış edən bəzi komandalara maliyyə dəstəyi göstərir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Şimal-Qərb regionunda çıxış edən kollektivlər məhz assosiasiyanın bu yardımı sayəsində ayaqda durur.

Həmin zona üzrə 7 komanda mübarizə aparır ki, onlardan 5-i AFFA-nın səxavətindən faydalanır. Konkret olaraq “Energetik”, “Ağstafa”, “Şəki”, “Qoşqar UGİM-2” və “Gəncə” qurumdan hər ay 2000 manat yardım alır. Maraqlıdır ki, bu zonadan yalnız “Karvan”la “Göyəzən” diqqətdən kənarda qalıb.

Qeyd edək ki, çempionatın ilk mərhələsində 2-ci yeri tutan “Karvan” pley-offda oynamaq hüququ qazanıb, “Göyəzən” isə 4-cü yeri tutub.