AFFA rəsmisi “Qarabağ”a dərs keçdi
05.02.2022 - 17:46
AFFA rəsmisi “Qarabağ”a dərs keçdi

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik “Qarabağ” üçün seminar keçirib.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, avstriyalı sabiq referinin iştirakı ilə klubun bazasında əsas komandaya seminar təşkil edilib.

Tədbirdə komanda üzvlərinə məlumatlandırıcı videolar təqdim olunub.