AFFA rəsmisi “Trabzonspor”un oyununda
05.09.2019 - 13:22

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik beynəlxalq oyuna təyinat alıb.
APA-nın məlumatına görə, avstriyalı UEFA Avropa Liqası turnirinin qrup mərhələsində iş başında olacaq.
AFFA rəsmisi C qrupunun “Trabzonspor” – “Bazel” oyununun hakim-inspektoru təyin edilib. Oktyabrın 3-də keçiriləcək görüş Trabzon şəhərindəki Hüseyn Avni Aker stadionunda baş tutacaq.
0
0