AVRO-2020-nin oyunlarında tamaşaçıların olub-olmamasına gələn il qərar veriləcək.
Apasport.az saytının məlumatına görə, UEFA martda keçiriləcək toplantısında koronavirus pandemiyası səbəbindən tamaşaçıların tribunalara buraxılmasını müzakirə edərək qərarını açıqlayacaq.
Qurum üç variantdan birini seçməlidir. Qitənin 12 şəhərində təşkil olunacaq qarşılaşmalar ya tamaşaçılarla, ya boş tribunlar önündə, ya da məhdud sayda azarkeş önündə oynanılmalıdır. UEFA martda bu variantlardan biri üzərində dayanacaq. Əgər məhdud sayda tamaşaçı sayına üstünlük verilsə, UEFA bu rəqəmi da müəyyənləşdirməlidir.
Qeyd edək ki, koronavirusa görə 2020-ci ildən 2021-ci ilə təxirə salınan turnirin dörd oyunu Bakıda keçiriləcək.
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu