AVRO-2020 koronavirus epidemiyası üzündən bir il sonraya təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, Norveç Futbol Federasiyası rəsmi saytı vasitəsilə UEFA-nın bu barədə qərarını açıqlayıb.
Bu gün quruma üzv olan 55 milli assosiasiya nümayəndəsi ilə keçirilən videomüşavirədə qitə birinciliyinin 2021-ci ilin yayında təşkil olunması razılaşdırılıb. UEFA-nın təklifini milli assosiasiyalar, Avropa Klublar Assosiasiyası (ECA) və Futbolçuların Həmkarlar İttifaqı (FİFPro) müsbət qəbul ediblər.
Məlumatda bildirilir ki, videomüşavirə davam etsə də, yarışın 2021-ci il 11 iyun – 11 iyul tarixlərində keçirilməsi qərara alınıb.
Qeyd edək ki, bu gün UEFA İcraiyyə Komitəsinin iclası baş tutacaq.