
AVRO-2020-nin seçmə mərhələsində V tura yekun vurulub.
APA-nın məlumatına görə, A, B və H qruplarında yeddi matç keçirilib.
A qrupunun lideri İngiltərə Bolqarıstanı darmadağın edib. Hari Keynin het-trik etdiyi görüşdə 4:0 hesabı qeydə alınıb. “Qarabağ”ın futbolçusu Simeon Slavçev bu matçı ehtiyatda qalıb. Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olmuş Kosovo Çexiya üzərində əzmkar qələbə ilə ikinci pilləyə yüksəlib.
B qrupunun lideri Ukrayna Litva səfərində darmadağına sevinib – 3:0. Portuqaliya isə Serbiya ilə görüşüb. Səfər qələbəsi qazanan Avropa çempionları ikinci pilləyə yüksəliblər.
Qonşu Türkiyə millisi mübarizə apardığı H qrupunda növbəti qələbəsini qazanıb. “Ay-ulduzlular” autsayder Andorra ilə matçda çətinliklə üzləşiblər. Rəqibin müqavimətini yalnız son dəqiqələrdə qıran Şenol Günəşin yetirmələri vacib üç xal əldə edib.
H qrupundakı digər liderlər də növbəti qələbələrini böyük hesabla qazanıblar. İslandiya Moldovanı üç qolla darmadağın edib. Fransa isə Albaniya ilə görüşü itkisiz başa vurub.
AVRO-2020-nin seçmə mərhələsi
V tur
7 sentyabr
A qrupu
17:00. Kosovo – Çexiya – 2:1
Muriqi, 20, Voyvoda, 67 – Şik, 16
20:00. İngiltərə - Bolqarıstan – 4:0
Keyn, 24, 49 (pen.), 73 (pen.), Sterlinq, 55
1 |
İngiltərə |
3 |
3 |
0 |
0 |
14-1 |
9 |
2 |
Kosovo |
4 |
2 |
2 |
0 |
7-5 |
8 |
3 |
Çexiya |
4 |
2 |
0 |
2 |
6-8 |
6 |
4 |
Bolqarıstan |
5 |
0 |
2 |
3 |
5-11 |
2 |
5 |
Monteneqro |
4 |
0 |
2 |
2 |
3-10 |
2 |
Növbəti turun oyunları sentyabrın 10-da keçiriləcək: Monteneqro – Çexiya, İngiltərə - Kosovo.
B qrupu
20:00. Litva – Ukrayna – 0:3
Zinçenko, 7, Marlos, 27, Malinovski, 62
22:45. Serbiya – Portuqaliya – 2:4
Milenkoviç, 58, Mitroviç, 85 - Karvalyo, 42, Qedeş, 56, Ronaldo, 80, Bernardo Silva, 86
1 |
Ukrayna |
5 |
4 |
1 |
0 |
11-1 |
13 |
2 |
Portuqaliya |
3 |
1 |
2 |
0 |
5-3 |
5 |
3 |
Lüksemburq |
4 |
1 |
1 |
2 |
4-5 |
4 |
4 |
Serbiya |
4 |
1 |
1 |
2 |
7-11 |
4 |
5 |
Litva |
4 |
0 |
1 |
3 |
3-10 |
1 |
Növbəti turun oyunları sentyabrın 10-da keçiriləcək: Lüksemburq – Serbiya, Litva – Portuqaliya.
H qrupu
22:45. İslandiya – Moldova – 3:0
Siqtorsson, 31, Byarnason, 55, Budvarsson, 77
22:45. Türkiyə - Andorra – 1:0
Ozan, 89
22:45. Fransa – Albaniya – 4:1
Koman, 8, 68, Jiru, 27, İkone, 85 - Çikalleşi, 90+2 (pen)
1 |
Fransa |
5 |
4 |
0 |
1 |
16-4 |
12 |
2 |
Türkiyə |
5 |
4 |
0 |
1 |
10-2 |
12 |
3 |
İslandiya |
5 |
4 |
0 |
1 |
8-5 |
12 |
4 |
Albaniya |
5 |
2 |
0 |
3 |
5-7 |
6 |
5 |
Moldova |
5 |
1 |
0 |
4 |
3-13 |
3 |
6 |
Andorra |
5 |
0 |
0 |
5 |
0-11 |
1 |
Növbəti turun oyunları sentyabrın 10-da keçiriləcək: Moldova – Türkiyə, Fransa - Andorra, Albaniya – İslandiya.