“Həddindən artıq çətin səfər idi. Bunu sözlə ifadə etmək də çətindir”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.
44 yaşlı mütəxəssis Premyer Liqanın XXII turunun “Şamaxı” ilə səfər oyunundan sonra fikirlərini “CBC Sport”a açıqlayıb: “Uzun müddətdən sonra belə səfərə çıxdıq. Qəbələ səfərinə öyrəşmişik. Gənc oyunçular da bunun atmosferinə düşmüşdülər. Bəlkə də belə ab-havada oynamayıblar. Ilk hissədə “Şamaxı” ev sahibi kimi oynadı. İkinci hissədə “Neftçi” olduğumuzu anladıq, göstərdik. Futbolçularımızı təbrik edirəm. Gedişat yaxşı olmalıdır ki, Yusuf Lavalı oynatmayaq. Onu risk altına salıb oynadırıq. Zəhərlənmişdi və hələ tam hazır deyil”.
Qeyd edək ki, “Neftçi” Şamaxı səfərində 2:1 hesablı qələbə qazanıb.