Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat” üzərində qələbə qolunun müəllifi olan “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun matçdan sonra göz yaşlarını saxlaya bilməməsinin səbəbi müəyyənləşib.
Apasport.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə milli komandamızın üzvünün bir gün əvvəl nənəsinin rəhmətə getdiyini söyləyib.
Hətta Abbasın nənəsinə bugünkü qarşılaşmada qol sözü verdiyini də əlavə edib: “Dünən nənəsi rəhmətə gedib. Oyundan əvvəl deyirdi ki, nənəmə son nəfəsində qol sözü vermişəm! Ona görə ağlayırdı…”
Qeyd edək ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Kayrat”ı 2:1 hesabı ilə məğlub edib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir