Abbaszadə “Traktor”a qələbə qazandırdı
24.11.2021 - 18:00
Təbrizin “Traktor” komandası İran çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, “Padideh”i qəbul edən təbrizlilər 1:0 hesablı qələbə qazanıb.
Qələbə qolu 83-cü dəqiqəyə təsadüf edib. Meydan sahibləri Məhəmməd Abbaszadənin qolu hesabına seviniblər. Zvonimir Soldonun yetirmələri mövsümdə ikinci dəfə qalib gəlib.
Bununla da 6 turdan sonra “Traktor”un xal hesabı 7-yə çatıb. Komanda 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Traktor” növbəti matçını noyabrın 30-da keçirəcək. Təbrizlilər “Fulad”ın qonağı olacaq.
0
0