“Fənərbaxça”nın baş məşqçisi postuna namizəd göstərildikdən sonra Azərbaycan millisini çalışdırmaqdan imtina edən Abdullah Avcının arzusu baş tutmayacaq.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi 57 yaşlı mütəxəssisə ehtiyac duymayıb.
Hazırkı çalışdırıcı Ərsun Yanalla yolları ayırmağı planlaşdıran “sarı-lacivərdlilər” onun əvəzinə gətirməyi düşündüyü iki məşqçi ilə danışığa başlayıb. Bunlar “Alanyaspor”un baş məşqçisi Erol Bulut və bir müddət Almaniyada çalışmış Tayfun Korkotdur. Avcının xidmətindən imtina edən Super Liqa təmsilçisinin ilk hədəfi Bulutdur. “Alanyaspor”la uğurlu mövsüm keçirən sabiq “Fənərbaxça”lı ilə razılıq əldə olumasa, o zaman hazırda işsiz olan Korkuta rəsmi təklif göndəriləcək.
Azərbaycan millisindən başqa variantı qalmayan Abdullah Avcının işsiz qalmamaq üçün AFFA ilə danışıqları bərpa etməsi istisna deyil.
Qeyd edək ki, yığmamızın baş məşqçi postuna 6 namizəd qalıb. Onlardan 3-ü Abdullah Avcı, Çezare Prandelli və Covanni de Byazidir.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA