Abdullah Avcı qərarını verdi – yığmamızla bağlı
13.02.2020 - 09:09
Abdullah Avcı qərarını verdi – yığmamızla bağlı

Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən olan Abdullah Avcı qərarını verib.

Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis AFFA-nın təklifini müsbət cavablandırmayıb.

Türkiyə mətbuatının iddiasına görə, “Beşiktaş”ın sabiq çalışdırıcısı AFFA-dan təklif almasına baxmayaraq, danışıq aparmağa ehtiyac duymayıb. O, gələcək planında yığmada işləmək olmadığını söyləyib. Hətta rəsmi təklif alsa belə, buna cavabı “yox” olacaq.