Abdullah Avcını yığma məşqçisi saymır - Mehmet Demirkol
12.02.2020 - 10:01
Abdullah Avcını yığma məşqçisi saymır - Mehmet Demirkol

Türkiyənin tanınmış idman şərhçisi Mehmet Demirkol “Beşiktaş”ın sabiq baş məşqçisi Abdullah Avcının Azərbaycan millisinə mümkün təyinatına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, Dəmirkol təcrübəli mütəxəssisin yığmamızda uğur qazanacağına inanmır.

O bildirib ki, Avcı daha çox klubda işləməyə uyğun məşqçidir: “Abdullah Avcı sıfırdan komanda qurmağı xoşlayır. Yəni heyətini özü qurur. Onun milli komanda üçün yararlı olub-olmadığına əmin deyiləm. Çünki yaradıcı iş görməyi xoşlayır. Maliyyəsi yüksək və istədiyi futbolçu heyətini qura biləcəyi bir Avropa klubunda uğur qazana bilər. Ancaq bunun milli üçün keçərli olduğuna inanmıram”.

Qeyd edək ki, AFFA rəsmilərinin iki gün əvvəl Türkiyədə Abdullah Avcı ilə görüşdüyü bildirilir.