Abdullah Zubir Konfrans Liqasında həftənin oyunçusu adına namizəddir
05.11.2021 - 09:00
Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin IV tur matçlarından sonra ən yaxşı olmağa 4 iddiaçı seçib.
Onlar arasında “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir də var. Qazaxıstanda “Kayrat” üzərindəki 2:1 hesablı qələbəyə 1 qolla töhfə verən fransalı futbolçu həftənin oyunçusu olmağa namizəddir. Onun rəqibləri Andre Qrin (“Slovan”), Keyto Nakamura (LASK) və Ola Solbakkendir (“Bodo/Qlimt”).
Qalib azarkeşlər arasında aparılan səsvermə nəticəsində bəlli olacaq.
0
0